Azərbayanla Türkiyə arasında dosdluq və qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyi göstərmişlər. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkəmizi tanıyan ilk dövlət də məhz Türkiyə olub. Türkiyə dövlətinin dahi şəxsiyyəti Mustafa Kamal Atatürk də Azərbaycanın kədərini öz kədəri, sevincini öz sevincləri olduğunu bildirmişdir. Hər zaman bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş hər iki ölkə Ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” olmuşlar. Bir-birini heç zaman tək qoymayan iki ölkə bunu hər zaman sübüt edib. 44 günlük müharibə zamanı biz bunun şahidi olduq. Vətən Müharibəsində Azərbaycana həm siyasi, həm mənəvi dəstək olan Türkiyə bunu bütün dünyaya bəyan etdi. Bu gün Türkiyə Azərbaycan dostluğu, əməkdaşlığı ən yüksək zirvədədir. Bu dostluq, əməkdaşlıq, bağlanan müqavilələr, layihələr əsasında daha da möhkəmlənir. Hər iki ölkə arasında olan dostluq əlaqələri bu gün hər iki dövlətin rəhbərləri tərəfindən ən yüksək səviyyədə inkişaf etdirilməkdədir. Günel Mehdizadə,Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi